Kipr-Azərbaycan oyununu slovakiyalı hakimlər briqadası idarə edəcək
Futbol üzrə UEFA Millətlər Liqasının ikinci turu çərçivəsində keçiriləcək Kipr-Azərbaycan oyununun hakimləri müəyyənləşib.

Matçı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Filip Qlova olacaq. Ona Peter Bednar və Frantişek Ferenç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Boris Marhefka yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 8-də baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Xəbər 754 dəfə oxundu.