Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında həndbol üzrə turnir start götürüb
Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında qızlar arasında həndbol üzrə turnir start götürüb.

Komandalar, əsasən, xüsusi, yardımçı internatlar, sosial müəssisə və inklüziv orta məktəblərin məzunlarından təşkil olunub. Ümumilikdə 11 komandanın mübarizə apardığı yarışın final mərhələsi sentyabrın 5-də keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə keçirilən turnir 2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.

Xəbər 670 dəfə oxundu.