Qazaxıstanlı velosipedçi “Tour de France”ın altıncı mərhələsinin qalibi olub
“Tour de France” veloyürüşü davam edir.

Yarışın altıncı mərhələsində Qazaxıstan təmsilçisi Aleksey Lutsenko qalib olub. O, 191 kilometr məsafəni 4 saat 32 dəqiqə 34 saniyəyə qət edib.

İkinci yeri ispaniyalı Xesus Errada, üçüncü yeri isə belçikalı Qreq van Avermat tutublar.

Ümumi yarış cədvəlinə britaniyalı velosipedçi Adam Yeyts başçılıq edir.

Xəbər 796 dəfə oxundu.