Xüsusi olimpiyaçılar atletika yarışlarında iştirak ediblər
Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə sentyabrın 2-3-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda atletika üzrə yarış keçirilib.

Komandalar əsasən xüsusi, yardımçı internat məktəbləri, sosial müəssisə və inklüziv orta məktəblərin məzunlarından təşkil olunub. Səksəndən çox atletin iştirak etdiyi turnir beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə keçirilən yarışda fərqlənən komandalar sonda mükafatlandırılıb.

Xəbər 784 dəfə oxundu.