Millimiz Lüksemburqla oyunun hazırlığını davam etdirir
Futbol üzrə UEFA Millətlər Liqasının ilk turunda Lüksemburqla qarşılaşacaq milli komandamız hazırlığı davam etdirir.

Baş məşqçi Canni De Byazinin rəhbərlik etdiyi heyət məşqləri Mərdəkandakı milli komandaların təlim-məşq bazasında keçirir.

Müəyyən səbəblərdən toplanışda iştirak edə bilməyən Dmitri Nazarov və Eddi İsrafilovdan başqa bütün futbolçular hazırlığa qatılıblar. Nizam-intizama ciddi fikir verən italiyalı mütəxəssis millinin oyunçularının da qoyduğu tələblərə riayət etməsini istəyir.

Sentyabrın 4-də saat 17:15-də millimizin baş məşqçisinin mətbuat konfransı olacaq. Bundan yarım saat sonra isə seçməmizin açıq məşqi keçiriləcək.

Azərbaycan-Lüksemburq qarşılaşması sentyabrın 5-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Xəbər 703 dəfə oxundu.