MBA: “Boston Seltiks” komandası “Toronto Reptors”a qalib gəlib | |
Milli Basketbol Assosiasiyasının (MBA) pley-off mərhələsində mübarizə davam edir. Mərhələ çərçivəsində “Toronto Reptors” klubu “Boston Seltiks”lə qarşılaşıb. Orlandoda keçirilən görüşə Boston basketbolçuları daha yaxşı başlayaraq böyük fasiləyə 2 xal fərqi ilə öndə yollanıblar – 50:48. Üçüncü hissədə Toronto komandası üstün olsa da, yekunda 102:99 hesabı ilə məğlub olub. Oyunun ən yaxşısı Ceyson Teytum olub. “Boston Seltiks”in basketbolçusu 34 xal, 8 ribaund, 6 məhsuldar ötürmə ilə yadda qalıb. Beləliklə, “Boston Seltiks” seriyada 2:0 hesabı ilə öndədir. |
|
Xəbər 719 dəfə oxundu. |
|
|