Şose velosipedi üzrə 2020-ci il dünya çempionatı İtaliyada keçiriləcək
Əvvəlcə İsveçrədə keçirilməsi planlaşdırılan şose velosipedi üzrə 2020-ci il dünya çempionatı sentyabrda İtaliyada baş tutacaq.

Bu barədə Beynəlxalq Velosipedçilər İttifaqının mətbuat xidməti məlumat yayıb.

Dünya çempionatı sentyabrın 24-27-də İmola və Emilia-Romagna bölgələrində keçiriləcək. Bundan əvvəl İsveçrə epidemioloji vəziyyətə görə yarışı keçirməkdən imtina etmişdi.

Dünya çempionatının proqramı qısaldılıb. Belə ki, yeniyetmələrin iştirak etdiyi yarışlar ləğv edilib.

Xəbər 683 dəfə oxundu.