Fransalı velosipedçi Julian Alafilipp “Tour de France”ın yarış cədvəlinə liderlik edir
“Tour de France” veloyürüşü davam edir. Yarışın dördüncü mərhələsində iştirakçılar 160,5 kilometr məsafə qət ediblər.

Sloveniyalı velosipedçi Primoj Roqliç finiş xəttini rəqiblərindən tez keçib. O, 4 saat 7 dəqiqə 47 saniyəlik nəticə göstərib. Digər sloveniyalı idmançı Tajey Poçaqar ikinci olub. İlk üçlüyü isə fransalı Qiyom Marten tamamlayıb.

Ümumi yarış cədvəlinə fransalı velosipedçi Julian Alafilipp başçılıq edir. O, 18 saat 7 dəqiqə 4 saniyə nəticə ilə birincidir. Britaniyalı Adam Yeyts liderdən cəmi 4 saniyə geri qalır. P.Roqliç isə üçüncüdür. O, 4 turdan sonra 18 saat 7 dəqiqə 11 saniyə nəticə göstərib.


Xəbər 694 dəfə oxundu.