“Neftçi”-“Qalatasaray” cütünün potensial rəqibləri müəyyənləşib | |
Bakının “Neftçi” futbol klubunun UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub. Azərbaycan təmsilçisi Türkiyənin “Qalatasaray” klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, “Renova” (Şimali Makedoniya) – “Hayduk” (Split, Xorvatiya) cütünün qalibi ilə üz-üzə gələcək. Flaqman növbəti raunda yüksəlsə, yenə matçını evdə keçirəcək. Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin oyunları 24 sentyabrda təşkil olunacaq. Sentyabrın 17-də “Bakcell Arena”da oynanılacaq “Neftçi”-“Qalatasaray” görüşü saat 20:00-da başlayacaq. |
|
Xəbər 784 dəfə oxundu. |
|
|