“Tour de France” veloyürüşü davam edir
“Tour de France” veloyürüşü davam edir. Yarışın üçüncü mərhələsində iştirakçılar 198 kilometr məsafə qət ediblər.

Avstraliyalı velosipedçi Kaleb Yuen finiş xəttini rəqiblərindən tez keçib. O, 5 saat 17 dəqiqə 42 saniyəlik nəticə göstərib. İrlandiya idmançısı Sem Bennett ikinci olub. İlk üçlüyü isə italiyalı Cakomo Nitsolo tamamlayıb.

Ümumi yarış cədvəlinə fransalı velosipedçi Julian Alafilipp başçılıq edir. O, 13 saat 59 dəqiqə 35 saniyə nəticə ilə birincidir. Britaniyalı Adam Yeyts liderdən cəmi 4 saniyə geri qalır. İsveçrə idmançısı Mark Hirşi isə üçüncüdür. O, 2 turdan sonra 13 saat 59 dəqiqə 42 saniyə nəticə göstərib.

Xəbər 692 dəfə oxundu.