Azərbaycan velosipedçiləri sentyabrda Türkiyədə 6 yarışda iştirak edəcəklər
Sentyabrda Azərbaycanın şose velosipedi üzrə elit və U-23 yığma komandalarının üzvləri Türkiyədə altı beynəlxalq turnirdə iştirak edəcəklər.

Baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Şahin Eyvazov, Nəcəf Bağırov, Mahmud Məmmədov və Ayan Xankişiyeva birincilik uğrunda mübarizə aparacaqlar.

Sentyabrın 3-də “Grand Prix Develi”, bir gün sonra “Grand Prix Cappadocia”, ayın 5-də “Grand Prix Mount Erciyes”, sentyabrın 6-da “Grand Prix World`s Best High Altitude”, səkkiz gün sonra “Grand Prix Velo Erciyes” və ayın 15-də “Grand Prix Central Anatolia” veloyürüşləri təşkil olunacaq.

Xəbər 661 dəfə oxundu.