“Tour de France” veloyürüşü davam edir
“Tour de France” veloyürüşü davam edir. Yarışın ikinci mərhələsində iştirakçılar 186 kilometr məsafə qət ediblər.

Fransalı velosipedçi Julian Alafilipp finiş xəttini rəqiblərindən tez keçib. O, 4 saat 55 dəqiqə 27 saniyəlik nəticə göstərib. İsveçrə idmançısı Mark Hirşi ikinci olub. İlk üçlüyü isə britaniyalı Adam Yeyts tamamlayıb.

Ümumi yarış cədvəlinə J.Alafilipp başçılıq edir. O, 8 saat 41 dəqiqə 35 saniyə nəticə ilə birincidir. A.Yeyts liderdən cəmi 4 saniyə geri qalır. M.Hirşi isə üçüncüdür. O, 2 turdan sonra 8 saat 41 dəqiqə 42 saniyə nəticə göstərib.

Xəbər 596 dəfə oxundu.