Azərbaycan millisi ilə qarşılaşacaq Fransa yığmasının heyəti açıqlanıb
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycanın müvafiq yaş qrupundan ibarət millisi ilə qarşılaşacaq Fransa yığmasının heyəti açıqlanıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, heyətdə qapıçılar - Dimitri Berto (Monpelye), Alban Lafont (Nant), İllan Meslier (Lids, İngiltərə), müdafiəçilər - Benua Badiaşile (Monako), Melvin Bard (Lion), Kolin Daqba (PSJ), Bafode Diakite (Tuluza), Bubakar Kamara (Marsel), Jül Kunde (Sevilya, İspaniya), Krist-Emanuel Faytout Maoussa (Renn), Obite Evan Ndiçka (Ayntraxt, Almaniya), yarımmüdafiəçilər - Maksen Kaquere (Lion), İbrahima Diallo (Brest), Matteo Genduzi (Arsenal, İngiltərə), İmran Louza (Nant), Arno Nordin (Sent-Etyenn), Ceff Peyn-Adelaid (Lion), Bubakari Soumare (Lill), hücumçular - Mussa Diabi (Bayer, Almaniya), Erik Dina Ebimbe (Dijon), Amine Qouiri (Nitsa), Brayan Mbeumo (Brentford, İngiltərə) və Odson Eduard (Seltik, Şotlandiya) yer alıblar.

Azərbaycan-Fransa matçı sentyabrın 7-də, saat 21:00-da, Sumqayıtdakı “Kapital Bank Arena”da start götürəcək.

Xəbər 735 dəfə oxundu.