“Səbail” klubu “Qəbələ” ilə yoxlama oyunu keçirəcək | |
Bakının “Səbail” futbol klubu millimizin UEFA Millətlər Liqasında oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edərək yoxlama görüşü keçirəcək. Paytaxt təmsilçisi avqustun 30-da “Qəbələ” ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək görüş saat 17:00-da başlayacaq. Qeyd edək ki, “Səbail” ölkə çempionatının ilk turunda səfərdə “Neftçi”yə 1:2 hesabı ilə uduzub. “Qəbələ” isə evdə “Zirə” ilə heç-heçə edib - 1:1. |
|
Xəbər 770 dəfə oxundu. |
|
|