UEFA daha iki kluba texniki məğlubiyyət verib
UEFA Çempionlar Liqası və Avropa Liqasının təsnifat mərhələsinin oyunlarında daha iki texniki məğlubiyyət verib.

Çempionlar Liqasının birinci təsnifat mərhələsində Farer adalarının “Klaksvik” klubu ilə oyuna çıxa bilməyən Slovakiyanın “Slovan” komandasına 0:3 hesablı məğlubiyyət verilib.

Slovakiya klubunun oyundan öncə bir futbolçu və fizioterapevtində COVID-19 aşkarlanmışdı. Bu səbəbdən oyun avqustun 21-nə təxirə salınmışdı. Oyuna əvəzedici heyətlə gələn Bratislava təmsilçisinin gənc oyunçularında da koronavirus tapıldığı üçün UEFA kluba texniki məğlubiyyət verib.

İkinci mərhələyə adlayan “Klaksvik” İsveçrənin “Yanq Boyz” klubuna rəqib olub.

Avropa Liqasının ilkin mərhələsində Kosovonun “Priştina” klubu texniki məğlubiyyət alıb. Komandanın Cəbəllütariqin “Linkoln Red İmps” klubu ilə oyundan öncə 8 futbolçusunda koronavirus tapılmışdı. Bu səbəbdən UEFA kosovolulara texniki məğlubiyyət verib.

UEFA bundan əvvəl Çempionlar Liqasında Kosovonun digər təmsilçisi “Drita”ya texniki məğlubiyyət vermişdi.

Xəbər 511 dəfə oxundu.