“Mançester Yunayted” klubu “Barselona”nın hücumçusu üçün 200 milyon avro təklif edib
İngiltərənin “Mançester Yunayted” futbol klubu İspaniyanın “Barselona” komandasının hücumçusu Ansu Fatini transfer etməkdə israrlıdır.

Premyer Liqa təmsilçisinin 17 yaşlı hücumçu üçün 200 milyon dollar təklif etməyə hazır olduğu bildirilir.

Mançester klubu bundan əvvəl İspaniya millisinin üzvü üçün təkliflər göndərsə də, Kataloniya təmsilçisindən müsbət cavab almayıb.

Qeyd edək ki, A.Fati 2019-2020-ci il mövsümündə “Barselona”nın heyətində keçirdiyi 33 matçda 8 qol vurub.

Xəbər 570 dəfə oxundu.