Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan komandasının potensial rəqibləri müəyyənləşib | |
Ümumdünya Şahmat Olimpiadasında dörddəbir finalda mübarizə aparacaq Azərbaycan komandasının potensial rəqibləri müəyyənləşib. Şahmatçılarımız pley-off mərhələsində mübarizə aparacaq Bolqarıstan-Polşa qarşılaşmasının qalibi ilə mübarizə aparacaqlar. Digər komandalara gəlincə, Hindistan Yunanıstan-Ermənistan, Rusiya Macarıstan-Almaniya, ABŞ isə Çin-Ukrayna qarşılaşmalarının qalibləri ilə görüşəcəklər. Olimpiadanın pley-off mərhələsi avqustun 27-də, dörddəbir final yarışları isə 28-də keçiriləcək. |
|
Xəbər 609 dəfə oxundu. |
|
|