Zeedorf Qarrinçanın klubunda
Avropadan özünə layiq təklif görə bilməyən niderlandlı yarımmüdafiəçi Klarens Zeedorf üzünü Braziliyaya çevirib. İdman.com.az saytının məlumatına görə, 36 yaşlı futbolçu «Botafoqo»nu seçib. Onun yeni klubu ilə müqaviləsi 2 illik müddətə nəzərdə tutulub.

İdman.com.az saytının məlumatına görə, yarımmüdafiəçinin seçim üçün qarşısında olan digər variantlar arasında ABŞ MLS-indən «Los Anceles Qalaksi» və Avropadan ingilis «Vest Hem»i də var idi. İngilislər bu iddiadan futbolçunun yüksək maliyyə tələbləri səbəbindən bu günlərdə imtina etdilər.

Zeedoorfun «Botafoqo»ya keçidinə gəldikdə, bu Braziliya klubunun ən böyük Avropa transferidir. Təcrübəli havbek 3 müxtəlif klubda Avropa Çempionlar Liqasının qalibi olmuş yeganə futbolçudur. Bu uğura o, «Real», «Ayaks» və «Milan»la çatıb. Niderland yığmasında onun hesabında 87 oyun var. Zeedorf «Milan»ı komanada 10 mövsüm keçirdikdən sonra tərk edib. «Botafoqo»ya gəlincə, Braziliya millisinin əfsanəsi Qarrinça bir vaxtlar bu klubun şərəfini qoruyub.

Xəbər 855 dəfə oxundu.