“Qəbələ” klubu “Parana”nın futbolçusu Rafael Alemao ilə maraqlanır
“Qəbələ” klubu Braziliyanın “Parana” komandasının futbolçusu Rafael Alemaonu heyətinə qatmaq istəyir.

Hazırda 24 yaşlı hücumçu ilə danışıqlar davam edir.

Qeyd edək ki, R.Alemao “Parana”nın yetirməsidir və karyerası ərzində yalnız bu klubun formasını geyinib. “Qəbələ” daha əvvəl “Vitoriya”nın hücumçusu Eronildo dos Santos Roşanı icarə əsasında heyətinə qatmaq istəsə də, qarşı tərəf təklifi rədd edib.

Xəbər 683 dəfə oxundu.