Azərbaycan UEFA-nın reytinq cədvəlində 2 pillə irəliləyib | |
Azərbaycan UEFA-nın reytinq cədvəlində 2 pillə irəliləyib. “Qarabağ”ın Çempionlar Liqasının birinci təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubunu 4:0 hesabı ilə məğlub etdiyi oyunda 0,375 xal qazanan Azərbaycan 14,750 xalla 26-cı yerdən 24-cü pilləyə yüksəlib. Buna həm də Qazaxıstanın Çempionlar Liqasındakı təmsilçisi “Astana”nın Belarusun “Dinamo” (Brest) klubuna 3:6 hesablı məğlubiyyəti səbəb olub. Qeyd edək ki, “Qarabağ” ikinci təsnifat mərhələsində avqustun 25-26-da “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq. |
|
Xəbər 563 dəfə oxundu. |
|
|