"Sumqayıt" - "Şkendiya" qarşılaşmasını qazaxıstanlı hakimlər idarə edəcək
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Sumqayıt" – “Şkendiya” qarşılaşmasının hakim heyəti məlum olub.

Matçı Qazaxıstandan Arman İsmuratov idarə edəcək. Ona yan xətlərdə həmyerliləri Sergey Vassyutin və Samat Tergeussizov yardım göstərəcəklər. Qarşılaşmanın 4-cü hakimi isə Jandos Abjan olacaq.

Qeyd edək ki, "Sumqayıt" Avropa Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" komandası ilə üz-üzə gələcək. Avqustun 27-də "Kapital Bank Arena"da keçiriləcək matç saat 20:00-da başlanacaq. Matç "İdman TV" ilə canlı yayımlanacaq.

Xəbər 497 dəfə oxundu.