“Keşlə” növbəti transferini reallaşdırıb | |
Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Keşlə” növbəti transferini reallaşdırıb. Paytaxt təmsilçisi qapıçı Kamal Bayramovla mövsümün sonunadək müqavilə imzalayıb. Sonuncu klubu “Səbail” olan 34 yaşlı qolkiper Azərbaycan Premyer Liqasının 2019-2020-ci il mövsümündə 11 qarşılaşmada meydana çıxıb. Qeyd edək ki, “Keşlə” UEFA Avropa Liqasının I təsnifat mərhələsində Albaniyanın “Laçi” klubu ilə üz-üzə gələcək. Avqustun 27-də “ASK Arena”da keçiriləcək oyun saat 21:00-da başlayacaq. |
|
Xəbər 758 dəfə oxundu. |
|
|