“Williams” komandası İspaniyada Roy Nissaniyə şans verəcək | |
“Williams” komandası Formula 1 İspaniya Qran-Prisinin birinci sərbəst yürüşlərində test sürücüsü Roy Nissaniyə şans verəcək. İsrailli pilot sərbəst yürüşdə Corc Rasseli əvəz edəcək. Hazırda Formula 2 üzrə dünya çempionatında “Trident” komandasında çıxış edən israilli sürücü 1 xalla 22 pilot arasında 18-ci yerdədir. Barselonada Formula 1 bolidi sürəcəyi üçün həyəcanlı olduğunu deyən R. Nissani qeyd edib ki, mənim üçün İsrail bayrağını dalğalandırmaq böyük qürur olacaq. Bunu ən yaxşı formada etmək üçün hazırlaşıram. Qeyd edək ki, Formula 1 İspaniya Qran-Prisi avqustun 14-16-da təşkil olunacaq. |
|
Xəbər 842 dəfə oxundu. |
|
|