Yarış zamanı qəzaya uğrayan niderlandlı velosipedçi komaya düşüb
Niderlandlı velosipedçi Fabio Yakobsen Polşada təşkil olunan yürüşdə ciddi qəzaya uğrayıb.

“Deceuninck-QuickStep” komandasının velosipedçisi yarış zamanı “Jumbo-Visma”nın üzvü Dilan Qrunevegenlə toqquşaraq trasdan kənara düşüb.

Komada olan idmançı kəllə-beyin travması alıb və çoxlu qan itirib.
Daha 4 velosipedçi isə zədələnib. Onlardan 2-si xəstəxanaya çatdırılıb.


Xəbər 692 dəfə oxundu.