Üzgüçülük üzrə dünya kuboku yarışları ləğv edilib
Sentyabrın 4-6-da Sinqapurda təşkili nəzərdə tutulan üzgüçülük üzrə dünya kuboku yarışları ləğv edilib.

Turnir koronavirus pandemiyasına görə keçirilməyəcək. Bu barədə qərar Beynəlxalq Üzgüçülük Federasiyası (FINA) ilə məsləhətləşmədən sonra qəbul olunub.

Qeyd edək ki, yarışda 200-dən artıq üzgüçünün iştirak etməsi planlaşdırılırdı.

Xəbər 675 dəfə oxundu.