Azərbaycan-Fransa oyunu Sumqayıtda keçiriləcək | |
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Fransa oyununun başlanma saatı və stadionu müəyyənləşib. Azsport.az AFFA-ya istinadla xəbər verir ki, matç Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da keçiriləcək. Qarşılaşma sentyabrın 7-də saat 21:00-da başlayacaq. |
|
Xəbər 442 dəfə oxundu. |
|
|