Arkadi Dvorkoviç: Əminəm ki, gələn il FİDE-yə üzv ölkələrin sayı 200-ə çatacaq
Hazırda 195 ölkə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) üzvüdür. Əminəm ki, gələn il FİDE-yə üzv ölkələrin sayı 200-ə çatacaq.

Bu sözləri FİDE-nin prezidenti Arkadi Dvorkoviç FİDE və BMT-nin Beynəlxalq Şahmat Gününə həsr olunmuş “Sağlamlıq naminə şahmat” adlı birgə onlayn tədbiri zamanı bəyan edib.

Qeyd edək ki, Beynəlxalq Şahmat Günü 1966-cı ildən etibarən hər il iyulun 20-də qeyd olunur. Məhz 1924-cü ilin 20 iyulunda FİDE yaradılıb.

AZƏRTAC

Xəbər 493 dəfə oxundu.