“Barselona” La Liqanın son turunda səfərdə “Deportivo Alaves”i məğlub edib
Futbol üzrə İspaniya La Liqasının sonuncu - 38-ci turun oyunlarına start verilib.

Çempionatda gümüş medalların artıq təmin edən “Barselona” sonuncu turda səfərdə “Depoetivo Alaves” komandasının qonağı olub.

Görüş Kataloniya təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb - 5:0.

“Barselona”nın heyətində Ansu Fati, Lionel Messi (2), Nelson Semedu və Luis Suares fərqləniblər.

“Barselona” 38 tura 82 xal, “Deportivo Alaves” isə 39 xal toplayıb.
Turun son 9 oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

AZƏRTAC

Xəbər 476 dəfə oxundu.