"Sabah" klubunda yeni təyinatlar həyata keçirilib
Bakının “Sabah” futbol klubunda yeni təyinatlar həyata keçirilib.

Ramin Quliyev klubun idman direktoru vəzifəsinə təyin edilib. Futbolçu karyerası ərzində “Bakı”, “Olimpik”, “Standart”, “Şəfa”, “Neftçi” və “Qəbələ” klublarında çıxış etmiş R.Quliyev, Azərbaycan millisinin də üzvü olub. O, ötən ilin oktyabrından “Sabah”da məşqçi kimi çalışırdı.

Ukraynalı məşqçi Qleb Platov baş məşqçinin köməkçisi, ispaniyalı mütəxəssis Xesus Pinedo isə fiziki hazırlıq üzrə məşqçi təyin olunub.

Platov karyerası ərzində “Dinamo”nun (Kiyev, Ukrayna) gənclərdən ibarət komandasında, Qətərin U-23 milli komandasında və “Aspire “Akademiyası”nda məşqçi kimi çalışıb.

Xəbər 553 dəfə oxundu.