“Sabah” klubunun yeni baş məşqçisi müəyyənləşib
Bakının “Sabah” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komandaya bundan sonra ispaniyalı Visente Qomes başçılıq edəcək. Qırx səkkiz yaşlı mütəxəssislə ikiillik müqavilə bağlanıb.

Qeyd edək ki, Visente Qomes məşqçi karyerası ərzində Ukraynanın “Dinamo” (Kiyev) klubunun əvəzedici komandasında baş məşqçi, bu klubun əsas komandasında, həmçinin Səudiyyə Ərəbistanının “Əl-Əhli”, Rusiyanın “Spartak” klublarında köməkçi-məşqçi və Ukraynanın “Olimpik” (Donetsk) klubunda baş məşqçi kimi çalışıb.

Xəbər 629 dəfə oxundu.