“World Online Open” turniri başa çatıb
Azərbaycan şahmatçısı Eltac Səfərlinin də iştirak etdiyi blits üzrə “World Online Open” turniri başa çatıb.

Onlayn formatda keçirilən turnirdə E.Səfərli 3 turun nəticəsinə görə 6 xal toplayaraq 19-cu pillədə qərarlaşıb.

Yarışın qalibi 7 xalla amerikalı şahmatçı Ceffri Şonq olub. Turnir İsveçrə sistemi üzrə keçirilib və 9 turdan ibarət olub.


Xəbər 581 dəfə oxundu.