“Real Madrid” səfərdə “Atletik Bilbao”nu məğlub edib | |
İyulun 4-də futbol üzrə İspaniya La Liqasının 34-cü turunun növbəti oyunu keçirilib. Lider “Real Madrid” səfərdə “Atletik Bilbao” klubunun qonağı olub. “San Mames Barria” stadionunda keçirilən görüş madridlilərin minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolun müəllifi 73-cü dəqiqədə Serxio Ramos olub. Bu qələbə sayəsində “Real Madrid” xal ehtiyatını 77-ə çatdıraraq turnir cədvəlində əsas izləyici “Barselona”dan 7 xal irəli keçib. “Atletik Bilbao” isə 48 xalla 8-ci yerdə qərarlaşıb. Qeyd edək ki, “Barselona” axşam saat 00:00-da səfərdə “Villyareal” klubunun qonağı olacaq. |
|
Xəbər 621 dəfə oxundu. |
|
|