Milli Hokey Liqasının yeni mövsümünün bərpa tarixi məlum olub
Milli Hokey Liqasının (MHL) yeni mövsümünün bərpa tarixi məlum olub. Artıq çempionatın nə vaxt start götürəcəyi və Stenli Kubokunun finalının hansı şəhərdə keçiriləcəyi müəyyənləşib.

ABŞ-ın TSN telekanalının məlumatına görə, iyulun 13-də komandalar təlim məşq toplanışına başlayacaqlar. İyulun 26-da isə pley-off mərhələsində iştirak edəcək 24 komanda iki ayrı şəhərə yollanacaq. Hazırkı məqamda Edmonton və Torontonun pley-off oyunlarına ev sahibliyi edəcəyi proqnozlaşdırılır. Mövsüm isə avqustun 1-dən start götürəcək. Çempionata oktyabrın əvvəlində yekun vurulacaq.

Stenli Kubokunun keçiriləcəyi məkan da müəyyənləşib. Artıq Oyunçuların Həmkarlar İttifaqı ilə MHL rəhbərliyi bu məsələni yoluna qoyub. Qeyri-adi hadisə baş verməsə, yaxın günlərdə bu məlumat ictimaiyyətə açıqlanacaq. Belə ki, liqa rəhbərliyi Stenli Kubokunun finalını Kanadanın Edmonton şəhərində keçirməyi planlaşdırır. Halbuki, namizədlər arasında Las-Veqas, Vankuver, Çikaqo və Los-Anceles şəhərləri də var idi.

Xəbər 613 dəfə oxundu.