UEFA 55 assosiasiyaya maliyyə yardımı göstərəcək | |
UEFA quruma üzv olan 55 assosiasiyaya 775,5 milyon avro maliyyə yardımı göstərəcək. Yardım 2024-cü ilə qədər davam edəcək. Qurumun milli assosiasiyaların fəaliyyətlərini dəstəkləmək məqsədi ilə 2004-cü ildə başlatdığı “HatTrick” proqramının detalları bəlli olub. Avropa çempionatlarından əldə edilən gəlirlərin federasiyalara təqdim edildiyi proqramda beşinci 4 illik period başlayıb. UEFA 2020-2024-cü illər arasında 775.5 milyon avroluq fond yaradıb. Avropa futbol təşkilatının üzv assosiasiyalara dəstəyi əvvəlki illərlə müqayisədə 27 faiz artıb. Qurum 2024-cü ildən 2,6 milyard avroluq fond ayırmağı planlaşdırır. |
|
Xəbər 597 dəfə oxundu. |
|
|