Nazir Azad Rəhimov macarıstanlı həmkarı ilə görüşüb | |
Azərbaycan və Macarıstan arasında gənclər və idman sahələrində qarşılıqlı əməkdaşlıq haqqında Saziş imzalanacaq Gənclər və idman sahəsində Azərbaycan və Macarıstan Respublikaları arasında əlaqələrin daha da möhkəmləndirilməsi, gənclər və idman sahəsində qarşılıqlı əməkdaşlıq haqqında Sazişin imzalanması ilə bağlı bir sıra mühüm məqamların müzakirəsi gənclər və idman naziri Azad Rəhimov və Macarıstan Respublikasının sosial ailə və gənclərlə iş üzrə Dövlət katibi Mikloş Soltesin görüşündə baş tutub. İdman.com.az saytının məlumatına görə, nazir Azad Rəhimov qonaqla görüşündə gənclər və idman sahəsində görülən işlər, qəbul olunan dövlət proqramları, Azərbaycan idmançılarının Lodon Yay Olimpiya oyunlarına hazırlığı, müstəqillik qazandıqdan sonra Azərbaycanın ilk dəfə olaraq olimpiadaya ən böyük komanda ilə getməsi, idman infrastrukturu, idman növlərinin inkişafı və bu istiqamətdə görülən işlər haqda məlumat verib: “Hazırda 34 Olimpiya İdman Kompleksləri fəaliyyət göstərməkdədir. 12 belə idman qurğusu isə tikilməkdədir. Biz 2015-ci ildə Avropa tarixində ilk dəfə olaraq keçirilməsi nəzərdə tutulan Avropa Olimpiya oyunlarına, 2016-cı il Şahmat olimpiadasına, 2017-ci il İslam oyunlarına ev sahibliyi etmək məqdəsi ilə bu istiqamətdə çalışırıq”. Azad Rəhimov Macarıstan və Azərbaycan arasında münasibətlərin daha möhkəmləndirilməsini, ölkə başçısı İlham Əliyevin hər iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin daha çox inkişafına önəm verməsini və sevindirici hal olaraq, bu sahələr sırasında gənclərin də olmasını xüsusi vurğulayıb. Macarıstan Respublikasının sosial ailə və gənclərlə iş üzrə Dövlət katibi Mikloş Soltes, öz növbəsində, Bakı şəhərində gerçəkləşən “Böyük ipək yolu” gənclərin beynəlxalq konqresi və festivalında iştirak etməsindən məmnun olduğunu bildirdi. Miklos Soltes eyni zamanda bir neçə ay bunda öncə Macarıstanda yüksək səviyyədə gerçəkləşmiş xaricdə təhsil alan Azərbaycanlı gənclərin forumunu xatırlayıb, gənclər və idman sahələrinin inkişafının önəmindən söz açdı və bu istiqamətdə daha böyük işlərin görülməsi üçün çalışacağını qeyd edib. |
|
Xəbər 2102 dəfə oxundu. |
|
|