Bu il İtaliyada Formula 1 üzrə üç yarış təşkil edilə bilər
Ümid edirəm ki, bu il İmola trası Formula 1 yarışlarını qəbul edəcək.

Bu sözləri İmola trasının rəhbəri Uberto Selvatiko Estense deyib.

O bildirib ki, Formula 1 yarışının və İmola trasının tarixləri bir-biri ilə çox yaxındır. Buna görə fəxr etmək lazımdır. Yaranmış böhranla bağlı bölgəyə kömək etməyə çalışırıq və əlimizdən gələni edirik. Bununla əlaqədar çalışırıq ki, bu il aparıcı seriyalar İmolada baş tutsun.

“Ən məntiqli həll yolu İmola da daxil olmaqla, bir çox trasda müxtəlif yarışlar təşkil edərək diqqəti ölkəyə yönəltməkdir. Montsa və Mucello ilə birlikdə əfsanəvi üç İtaliya mərhələsi təşkil edə bilərik. Bunun üçün yerli idarəedicilər və Formula 1 rəhbərliyi ilə birlikdə çalışırıq. Ümid edirəm ki, ölkə rəhbərliyi də namizədliyimizi dəstəkləyəcək”, - deyə Uberto Selvatiko Estense əlavə edib.

Xəbər 691 dəfə oxundu.