BƏƏ-də keçiriləcək karate üzrə 25-ci dünya çempionatı təxirə salınıb
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində bu ilin noyabrında təşkili planlaşdırılan karate üzrə 25-ci dünya çempionatı təxirə salınıb.

Bu barədə Dünya Karate Federasiyası qərar çıxarıb.
Xatırladaq ki, dünya çempionatı 2020-ci ilin noyabrın 16-dan 21-dək keçiriləcəkdi.

Qeyd edək ki, Azərbaycan karateçiləri 2019-cu ildə İspaniyanın paytaxtı Madriddə keçirilmiş 24-cü dünya çempionatında bir qızıl, bir gümüş və bir bürünc medal əldə ediblər.


Xəbər 643 dəfə oxundu.