İndyCar azarkeşləri tribunalara qayıdırlar
NASCAR avtomobil yürüşü seriyasından sonra ABŞ Formula seriyası İndyCar-da da tribunalara azarkeşlər buraxılacaq.

Turnirin azarkeşlərlə ilk mərhələsi iyulun 11-12-də Elhart-Leyk şəhərindəki “Roud Amerika” trasında təşkil olunacaq. İyulun 17-18-də Ayovada keçiriləcək növbəti mərhələdə də azarkeşlər yarışı tribunalardan izləyəcəklər.

Pandemiya ilə əlaqədar olaraq yürüşə azarkeşlər məhdud sayda buraxılacaq. Tamaşaçıların hərarəti yoxlandıqdan sonra avtodroma buraxılacaq və sosial məsafə qaydalarına əməl olunacaq.
Qeyd edək ki, NASCAR seriyasının iyulun 15-də Bristolda keçiriləcək yürüşünə 30 min tamaşaçı buraxılacaq.

Xəbər 647 dəfə oxundu.