Bu il Çempionlar Liqasının “Dördlər finalı” Barselonada keçiriləcək
Bu il futzal üzrə Çempionlar Liqasının “Dördlər finalı” Barselonada keçiriləcək.

Bu barədə UEFA-nın İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.

“Dördlər finalı” oktyabrın 8-dən 11-dək “Palau Blaugrana” Arenasında təşkil olunacaq. Turnirdə “Barselona” (İspaniya) – KPRF (Rusiya), “Mursia” (İspaniya)– “Tümen” (Rusiya) qarşılaşmaları baş tutacaq.

Qeyd edək ki, bu turnirin gələn ilin aprelində keçiriləcək “Dördlər finalı” isə “Minsk Arena”da təşkil ediləcək.

Xəbər 511 dəfə oxundu.