Yan Oblak La Liqada yeni rekorda imza atıb | |
İspaniyanın “Atletiko Madrid” futbol klubunun qapıçısı Yan Oblak La Liqada yeni rekorda imza atıb. 27 yaşlı sloveniyalı qapıçı çempionatda 100-cü qolsuz oyununu keçirib. Y.Oblak bu nəticəyə ən tez çatan qapıçı adına yiyələnib. Sloveniyalı qolkiper 182-ci matçında 100-cü dəfə qapısını toxunulmaz saxlayıb. Qeyd edək ki, Oblak cari mövsümdə Madrid təmsilçisinin heyətində 38 matç keçirib. |
|
Xəbər 469 dəfə oxundu. |
|
|