Milli assosiasiyalara vaxt verildi | |
Milli assosiasiyalara avrokuboklarda iştirak edəcək komandaların adını açıqlamaq üçün vaxt verilib. Bu barədə UEFA-nın iyunun 17-də keçirilən İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub. UEFA avqustun 3-nü son tarix kimi müəyyənləşdirib. Avropa futbol qurumu 2020/2021-ci il mövsümündə avrokubokların təsnifat və qrup mərhələlərinin oyunlarının təqvimini açıqlayıb. Çempionlar Liqasında yeni mövsüm avqustun 8-də start götürəcək. Avropa Liqasının oyunları isə avqustun 20-də başlayacaq. |
|
Xəbər 509 dəfə oxundu. |
|
|