“Bavariya” ardıcıl 8-ci dəfə Almaniya çempionu olub
“Bavariya” klubu sona iki tur qalmış Almaniya çempionu olub.

Münhen təmsilçisi buna Bremendə “Verder”ə 0:1 hesablı qələbəsi sayəsində nail olub. Bununla da tarixində ardıcıl 8-ci, ümumilikdə isə 30-ci dəfə çempion adını qazanıb.

Qeyd edək ki, turnir cədvəlində ikinci pillədə qərarlaşan “Borussiya Dortmund” klubunun 66 xalı var və “Bavariya”dan 10 xal geri qalır.


Xəbər 518 dəfə oxundu.