Bakıda keçiriləcək aerobika gimnastikası üzrə dünya çempionatının tarixi müəyyənləşib
Təxirə salınmış aerobika gimnastikası üzrə dünya çempionatı və dünya yaş qrupları yarışlarının təşkil olunacağı tarix müəyyənləşib.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, COVID-19 pandemiyası səbəbindən 2021-ci ilə keçirilmiş yarışların yeni tarixləri ilə bağlı qərar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcra Komitəsinin videokonfrans formatında baş tutan iclasında qəbul edilib. Qərara əsasən, aerobika gimnastikası üzrə 9-cu dünya yaş qrupları yarışlarının növbəti il mayın 21-23-də, 16-cı dünya çempionatının isə mayın 27-29-də keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, dünya yaş qrupları yarışları cari il mayın 8-10-də, dünya çempionatı isə mayın 14-16-da Bakıdakı Milli Gimnastika Arenasında təşkil edilməli idi. Lakin digər turnirlər kimi bu yarışlar da pandemiya ilə əlaqədar təxirə salınmışdı.

Xəbər 668 dəfə oxundu.