Formula 1 ilk səkkiz mərhələsini işıqlandıracaq jurnalistlərlə bağlı açıqlama yayıb
Formula 1 şirkəti dünya çempionatının ilk səkkiz mərhələsini işıqlandıracaq jurnalistlərlə bağlı açıqlama yayıb.

Media nümayəndələrinin paddoka girişi, pilotlar və komandaların nümayəndələri ilə ünsiyyəti qadağan olunub. Mətbuat konfransları isə monitorlarda nümayiş etdiriləcək.

Dünya çempionatının Avstriya və Macarıstanda təşkil olunacaq Qran-prilərini işıqlandırmaq üçün 10 jurnalistdən ibarət birinci qrup seçilib. Yarışı “Reuters”, AFP və digər tanınmış informasiya agentliyinin nümayəndələri işıqlandıracaqlar. Media nümayəndələrinin yürüşlər arasında evə getmələri qadağan olunub.

Avstriya və Macarıstan mərhələlərindən sonra ikinci qrup seçiləcək. Onlar Böyük Britaniya və İspaniyadakı yarışlarda iştirak edəcəklər. Üçüncü qrup isə Belçika və İtaliya Qran-prilərini işıqlandıracaqlar.

Qeyd edək ki, Formula 1 üzrə dünya çempionatının yeni mövsümünə iyulun 5-də Avstriya Qran-Prisi ilə start veriləcək.


Xəbər 478 dəfə oxundu.