“Neftçi” klubu yoxlama oyunu keçirəcək
“Neftçi” futbol klubu Premyer Liqanın qarşıdakı 8 oyununun hazırlığını davam etdirir. Artıq üç gündür məşq edən komanda hazırlıq çərçivəsində yoxlama oyunu keçirəcək.

“Ağ-qaralar” iyunun 9-da saat 18:00-da “Türk Hava Yolları Futbol Mərkəzi”ndə “Keşlə” ilə qarşılaşacaq.

Qeyd edək ki, “Neftçi” uzun fasilədən sonra birinci rəsmi oyununu iyunun 21-də səfərdə “Zirə”yə qarşı keçirəcək.


Xəbər 516 dəfə oxundu.