FIFA Rusiya klubuna transfer qadağası qoyub
FIFA Rusiyanın “Rubin” futbol klubuna transfer qadağası qoyub.

Kazan təmsilçisi 2018-ci ildə Sloveniyanın “Olimpiya” klubundan Filip Uremoviçin transferi zamanı qaydaları pozduğu üçün bu cəzanı alıb.

“Rubin” nəzərdə tutulan məbləği qarşı tərəfin hesabına gec köçürdüyü üçün yaranan cəriməni ödəməyib. Buna görə də “Olimpiya” FIFA-ya müraciət edib və Rusiya klubu cəzadan yayına bilməyib.

Qeyd edək ki, Filip Uremoviçin hazırda “Rubin”də çıxış edir və 2024-cü ilin yayınadək müqaviləsi var.

Xəbər 537 dəfə oxundu.