“Sabah” klubu iki futbolçu ilə müqavilə imzalayıb
“Sabah” klubu heyətinə yeni futbolçular cəlb edib.

Bakı təmsilçisi “Qəbələ”nin gənc futbolçuları İdris İnqilablı və Samir Məhərrəmli ilə müqavilə bağlayıb.

2001-ci il təvəllüdlü İ.İnqilablı ilə dördillik, 2002-ci il təvəllüdlü S.Məhərrəmli ilə üçillik müqavilə imzalanıb. Hər iki futbolçu Azərbaycanın U-21 millisinin üzvüdür.

Yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçular “Qəbələ” Futbol Akademiyasının yetirmələridir. Müqavilələr 2019-2020-ci il mövsümündən sonra qüvvəyə minəcək.


Xəbər 510 dəfə oxundu.