“Pekin-2022”nin iştirakçılarına yüksək keyfiyyətli tibbi xidmət göstəriləcək
2022-ci ildə Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının iştirakçılarına yüksək keyfiyyətli tibbi xidmət göstəriləcək.

Pekinin şəhərətrafı ərazisində Oyunlar üçün inşa edilən tibb mərkəzində bütün işlər bu ilin sonunadək başa çatdırıla bilər. Belə ki, Pekin Universiteti xəstəxanasının binası və tibb hissəsinin yenidən qurulması artıq başa çatıb. Fasad işlərinin təxminən 95 faizi tamamlanıb. Mərkəzdə ən yüksək beynəlxalq tibbi standartlara cavab verən müasir avadanlıq da mövcuddur. Xəstəxanada rahat palatalar, əməliyyat otaqları və 18 şöbə var.

Olimpiya Oyunlarından sonra klinikanın bazasında qış idman növlərində zədələrin qarşısının alınması, idmançılar üçün ilk yardım, diaqnoz və reabilitasiya ilə bağlı araşdırmalar aparılacağı gözlənilir.

Qeyd edək ki, Qış Olimpiya Oyunlarının Pekində 2022-ci il fevralın 4-dən 20-dək keçirilməsi planlaşdırılır.


Xəbər 491 dəfə oxundu.