Çinin Hançjou şəhərində Asiya Oyunları üçün yeraltı kompleks tikilir
Çinin Hançjou şəhərində 2022-ci ildə keçiriləcək Asiya Oyunları üçün yeraltı kompleks tikilir.

Kompleks Olimpiya, Beynəlxalq Ekspo mərkəzlərini və oyunların keçiriləcəyi digər yarış məkanlarını birləşdirəcək. Bölgədəki əsas yerlər və zalları birləşdirəcək kompleks Hançjou şəhərində ən böyük yeraltı obyekt olacaq.

Artıq bir hissəsi tamamlanan kompleksin ərazisi 986 min kvadratmetri əhatə edəcək. Kompleksin əsas məkanı atletika yarışlarının keçiriləcəyi “Big Lotus”dur. Su idmanı da daxil olmaqla bir neçə digər idman növləri üzrə yarışlar Olimpiya Parkında keçiriləcək. Expo Mərkəzində skvoş yarışları təşkil ediləcək. Burada, eləcə də, Beynəlxalq Yayım Mərkəzi və Baş Mətbuat Mərkəzi yerləşəcək.

Qeyd edək ki, Çin artıq üçüncü dəfədir ki, Asiya Oyunlarına ev sahibliyi edəcək. Ondoqquzuncu dəfə keçiriləcək yarışlar sentyabrın 10-dan 25-dək baş tutacaq.


Xəbər 496 dəfə oxundu.