Formula 1 Meksika Qran-Prisi vaxtında keçiriləcək
Formula 1 Meksika Qran-Prisinin təşkilatçıları yarışın əvvəlcədən elan olunduğu kimi oktyabrın 30-dan noyabrın 1-dək keçiriləcəyini bəyan ediblər.

Açıqlamada avtodromda izləyicilərin təhlükəsizliyini təmin etmək üçün ən sərt sanitariya tədbirlərinin görüləcəyi bildirilib.

Qeyd edilib ki, fövqəladə vəziyyət olduqda isə Qran-Pri mərhələsi ya ləğv oluna, yaxud da tamaşaçısız keçirilə bilər. Belə vəziyyət yaranarsa, təşkilatçılar biletlərin tam dəyərini geri qaytaracaqlar. Amma hələ ki, belə plan yoxdur və Qran-Pri vaxtında baş tutmalıdır.

Xəbər 490 dəfə oxundu.